📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa çempionatı: Azərbaycan yunan-Roma güləşçiləri 4 medal qazanıb

2022-04-02 23:59:00

Avropa çempionatı: Azərbaycan yunan-Roma güləşçiləri 4 medal qazanıb

Azərbaycan yunan-Roma güləşçisi Beka Kandelaki Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

 130 kq çəki dərəcəsində rəqib yerli pəhləvan Dariuş Attila Vitek olub. Görüş Vitekin qələbəsi ilə yekunlaşıb - 4:1. 

Beləliklə, Azərbaycan yunan-Roma güləşçiləri günü 4 medalla başa vurub. Yığma üzvlərindən Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.  \\Demokrat.az