📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa çempionatı: Cüdoçumuz yarımfinala yüksəldi

2026-04-19 14:58:23

Avropa çempionatı: Cüdoçumuz yarımfinala yüksəldi

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Modern.az xəbər verir ki, 1/4 finalda Jombor Veqə (Macarıstan) qalib gələn təmsilçimiz növbəti raunda adlayıb.

Bu gün mübarizəyə qoşulan milli üzvlərindən Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) mübarizəni erkən dayandırıblar.

Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.