📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa dağılır? Kremldən açıqlama

2022-09-06 22:42:00

Avropa dağılır? Kremldən açıqlama

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropada şirkətlərin və vətəndaşların vəziyyətlərinin getdikcə pisləşdiyini və həyat səviyyəsinin aşağı düşdüyünü söyləyib. Onun sözlərinə görə, bu, hökmən Avropa ölkələrinin rəhbərliklərinə suallar yaranmasına təhrik edəcəkdir.

Peskov Avropada enerji böhranı fonunda etirazların başlamasından bəhs edərək deyib: “Açıq-aşkar görünür ki, Avropada bir çox insanarın, sahibkarların, şirkətlərin yaşayışı getdikcə pisləşir, işləmək getdikcə çətinləşir, pul daha az qazanılır. Həyat səviyyəsi aşağı düşür”.

O, qeyd edib ki, “gündən-günə sadə vətəndaşların öz ölkələrinin rəhbərliklərinə suallarının artacağı aşkar reallıqdır”.  Peskov söyləyib: “Bunlara şərh vermək, açıqlamaq bizim işimiz deyil – qoy bununla öz ölkələri üçün ən absurd, məntiqsiz, zərərli qərarlar verən Qərb ölkələrinin rəhbərləri məşğul olsunlar.

Hürr Tərcüman