📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa deputatları Laçın yolunda patrulluq eləmək üçün İrəvana gediblər

2023-06-21 13:37:00

Avropa deputatları Laçın yolunda patrulluq eləmək üçün İrəvana gediblər

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının rəhbəri Markus Ritter ilə Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının başçısı Natali Luazo Laçın dəhlizinə getməyi planlaşdırırlar.

Aİ-nin Ermənistandakı Müşahidəçi Missiyasının başçısının öz “Tvitter” səhifəsində verdiyi məlumata görə, M.Ritter ilə Avropa Komissiyasının Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin hava limanında Luazonun başçılıq elədiyi nümayəndə heyətini qarşılayıblar. Onlar Avropa İttifaqı missiyasının müşahidəçiləri ilə birlikdə partul missiyası ilə Laçın yoluna doğru yola düşməyə hazırlaşırlar.

Hürr Tərcüman