📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa diplomatları Azərbaycan vasitəsilə təxliyə olundular

2026-03-05 20:55:12

Avropa diplomatları Azərbaycan vasitəsilə təxliyə olundular

Astara dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi davam edir.

 

Modern.az xəbər verir ki, hazırda İran İslam Respublikasında fəaliyyət göstərən Bolqarıstan Respublikasının 10-dan çox diplomatik nümayəndəsi 5 nəqliyyat vasitəsi ilə Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana keçid edir.

 

Bundan əlavə, 10-dan çox Çin vətəndaşı, eləcə də İran əsilli digər ölkə vətəndaşlarının təxliyəsi həyata keçirilib.

 

Bildirilib ki, sərhəd məntəqəsində təxliyə prosesi hazırda da davam edir.