Avropa İttifaqı: Azərbaycanın etibarlı və mühüm enerji tərəfdaşıdır
2024-06-20 09:58:05
Azərbaycan və Aİ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə ediblər. Belə ki, Azərbaycan və Aİ iyunun 13-də keçirilən Təhlükəsizlik Dialoqunun 5-ci iclasının yekunları üzrə birgə bəyanat yayıb.
Sənədə əsasən, tədbir zamanı Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Həmçinin Azərbaycanın etibarlı və mühüm enerji tərəfdaşı kimi rolu və “Orta Dəhliz”in inkişafında əhəmiyyəti qeyd edilib.
Ülviyyə, Hurriyyet.az