📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək

2021-11-17 15:20:00

Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Avropa İttifaqı Komissiyasının başçısı Ursula von der Leyen Polşa ilə Avropa ölkələri arasındakı miqrant böhranı ilə əlaqədar İttifaqın Belarusa qarşı sanksiyalarının hava yolları şirkətləri də daxil edilməklə genişləndiriləcəyini açıqlayıb.

 Von der Leyen Avropa İttifaqının miqrantları daşıyan hava şirkətlərinə qarşı sanksiya tətbiq edə biləcəyini qeyd edib, Rusiya Prezidenti Vladimir Putinin Belarus Prezidenti Aleksandr Lukaşenko üzərində təsirə malik olduğunu və bundan istifadə eləməli olduğunu bildirib.

ABŞ-ın Xarici İşlər naziri Entoni Blinken polşalı həmkarı ilə görüşündə ABŞ-ın Lukaşenko ilə Rusiyanı Polşa ilə Belarus arasında sərhəddə yaranmış miqrant böhranının əsas günahkarları hesab elədiyini bildirib.

Hürr Tərcüman