Avropa İttifaqı bu gün Azərbaycan və Ermənistanı müzakirə edəcək
2023-10-23 12:02:17
Bu gün Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Lüksemburqda Azərbaycan və Ermənistan ətrafında vəziyyəti müzakirə edəcəklər.
Hurriyyet.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel jurnalistlərə bildirib.
O qeyd edib ki, bugünkü görüşün gündəliyinə İsrail və HƏMAS arasında müharibə, Qəzza zolağındakı vəziyyət və humanitar yardımın çatdırılması, eləcə də Rusiya-Ukrayna müharibəsinin müzakirəsi də daxildir.
Ülviyyə ŞÜKÜROVA
Hurriyyet.az