Avropa İttifaqı Əfqanıstan hökumətini taliblərlə əməkdaşlıq etməyə çağırdı
“Taliban” sülh müzakirələrinə qayıtmalıdır”
Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqı “Taliban” təşkilatını sülh müzakirələrinə qayıtmağa, Əfqanıstan hökumətini isə “Taliban” ilə əməkdaşlıq eləməyə çağırıb.
Bu bəyanatı Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell verib.
Borrell yazılı açıqlamasında “Taliban”ın davam edən hücumlarının toqquşmaların müzakirə yolu ilə qarşısının alınmasına və Doha sülh prosesi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə tamamilə zidd olduğunu bildirib.
Borrell Avropa İttifaqının xüsusilə də “Taliban”ın nəzarəti altındakı bölgələrində insan hüquqlarının pozulması hallarını pislədiyini bildirərək deyib: “Əfqanıstanı siyasi uyuşmazlıqları həll eləməyə, bütün tərəflərin təmsil edilmə payını artırmağa və “Taliban” ilə birlikdə perspektivli münasibət qurmağa çağırıq”.
Borrell Avropa İttifaqının əfqan xalqına dəstəyini davam etdirmək niyyətində olduğunu, lakin problemin geniş çərçivədə sülh yolu ilə həlli üçün qadınlar, gənclər və azlıqlar daxil olmaqla, bütün əfqanların hüquqların hörmət göstərməsi şərti ilə bağlı olacağını vurğulayıb.
Borrell “Taliban”ı müzakirələrə davam eləməyə çağırıb, zorakılığın dərhal dayandırılması və atəşkəs əldə edilməsinin lazım olduğunu bildirib. Borrell qeyd edib: “Təhsil imkanı da daxil olmaqla, son iyirmi ildə qadınlar və qız uşaqlarının əldə elədikləri mühüm nailiyyətlərin qorunması da çox mühümdür. Əks halda, iqtidarın zorakılıq yolu ilə ələ keçiriləcəyi təqdirdə, yenidən bir islam əmirliyi yaranarsa, “Taliban” tanınmamaq, təcrid, beynəlxalq dəstəkdən məhrum olmaq, Əfqanıstanda döyüşlərin davam eləməsi və uzunmüddətli qeyri-sabitlik ehtimalı ilə qarşı-qarşıya qalacaqdır”.