Avropa İttifaqı Ermənistanda yeni operativ mərkəzlər açır
Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqının Missiyası Ermənistandakı Yeğeqnadzor, Cermuk və İcevan şəhərlərində yeni operativ mərkəzlər açmağa hazırlaşır. Aİ-nin Ermənistandakı nümayəndə heyətinin mətbuat xidmətinin verdiyi məlumata görə, bu barədə açıqlamanı missiyanın rəhbəri Markus Ritter verib.
Ritter deyib: “Missiya yaxın aylarda Cermuk, İcevan və Yeğeqnadzorda üç əlavə operativ mərkəz açağa hazırlaşır”. Onun sözlərinə görə, missiya işə başlamasından ötən 3 ay ərzində ümumiikdə 300-dən artıq patrul yoxlaması aparıb. Hər həftə patrullar 3800 kilometrdən artıq məsafə qət edirlər.
Ritter deyib: “Məqsədimiz sərhəd rayonlarında təhlükəsizliyin sabitləşdirilməsinə öz töfhəmizi verməkdir. Bir çox erməni rəsmilərinin fikrincə, missiya vəziyyəti müəyyən qədər sabitləşdirməyə nail olub. Lakin hələ də vəziyyət tam sabit deyil”.
Missiyanın qərargahı Yeğeqnadzor şəhərində yerləşir, 6 ədəd operativ bazası və İrəvanda kiçik rabitə ofisi var.
Qeyd: Başkənd çayı yaxınlığında yerləşən Yeğeqnadzor şəhəri rəsmi olaraq 3 yanvar 1935-ci ilədək "Keşişkənd", 1935–1957-ci illərdə "Mikoyan", 1957-ci ildən (Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 6 dekabr, 1957-ci il tarixli fərmanı ilə) isə "Yeğeqnadzor" (erməni dilində mənası: "Qamışlı dərə") adlanır.
Cermuk — mənası çarmıx, Azərbaycan toponimidir. Şəhər Dərələyəz mahalında yerləşir. Etimologiyasi burada Çarmıx qalasının yerləşməsi ilə bağlıdır. Qarabağda Çiləbörd məlikliyinin ərazisi olmuşdur. (Mənbə Qarabağnamələr 2 .Mirzə Yusif Qarabaği. 2-ci kitab. Bakı, 1991).
İcevan əsl adı Karvansara olub, İrəvan-Tiflis şose yolunun üstündə, Ağstafa çayı sahilində yerləşən şəhərdir.
Hürr Tərcüman