📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa İttifaqı Gürcüstanla Moldovaya hərbi yardımı artırır

2022-06-09 13:24:00

Avropa İttifaqı Gürcüstanla Moldovaya hərbi yardımı artırır

Avropa Komissiyası Gürcüstan və Moldovaya müdafiə xarakterli hərbi sursat yardımının artırılmasını təklif edir. Bu barədə Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis açıqlama verib.
"Bu yardım logistika, kibermüdafiə, hərbi tibb, mühəndislik və nəqliyyat imkanlarını dəstəkləyəcək" deyən Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis çərşənbə günü Avropa Parlamentində Aİ-nin Şərq Tərəfdaşlığı siyasətinin inkişafı hesabatının müzakirəsi zamanı deyib.
O eyni zamanda vurğulayıb ki, Ukrayna, Moldova, Gürcüstan və Cənubi Qafqazın digər ölkələrinə yardım Aİ-nin müdafiə komponentində aydın şəkildə göstərilməlidir.
Hərbi yardımın artırılması ilə bağlı təkliflərin iyulda qərar üçün Aİ Şurasına təqdim ediləcəyi gözlənilir.

Ülviyyə, Hurriyyet.az