Avropa İttifaqı İranla nüvə danışıqlarının uğursuzluğundan narahatdır
Avropa Birliyinin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Olaf Skuq İranın nüvə müzakirələrinin mümkün uğursuzluğu ilə bağlı narahatçılığını ifadə edərək, danışıqların nəticəsini görməyə biləcəklərini deyib.
Skuq, habelə bildirib ki, nüvə proqramı İran və Amerika arasında ikitərəfli məsələ sayılmır və anlaşmanın bütün tərəfləri çox çətin siyasi seçimlər ediblər.
"Masada təkliflə bağlı razılığa gəlmək fürsətini qaçırmayın", deyə Avropa İttifqanın rəsmisi İran hökumətinə xitabən vurğulayıb.
Fransanın BMT-dəki daimi nümayəndəsi Nikolas de Riviere isə İranın yeni ağlasığmaz təkliflər irəli sürdüyünü qeyd edib.
Amerikanın BMT-dəki daimi nümayəndəsinin müavini Riçard Mils də bildirib: “İran əlavə istəklərindən əl çəksə, nüvə razılaşmasının tam icrası prosesinə qayıda bilərik”.
Ülviyyə, Hurriyyet.az