📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa İttifaqı kimi kimdən QORUYUR?

2023-11-21 12:50:09

Avropa İttifaqı kimi kimdən QORUYUR?

Zaur Məmmədov: "Qərb və Nikol Paşinyan arasında 1 il əvvəl bağlanan plan icra edilməkdədir"

"İrəvan və Brüssel Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının müşahidə missiyasının statusu haqqında saziş imzalayıb. Sazişi Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ohanesyan və Abropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos imzalayıb. "Biz irəli getməyə və missiyanın ölkədəki mövcudluğunu daha da gücləndirməyə, sərhədin Ermənistan tərəfində sabitliyi və monitorinqi təşviq etməyə və nə baş verdiyini görməyə hazırıq", deyə Maraqos bildirib". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Politoloq əlavə edib ki, Qərb və Nikol Paşinyan arasında 1 il əvvəl bağlanan plan icra edilməkdədir: "Hazırda 100 nəfər olan Avropa İttifaqı monitorinq missiyasının nümayəndələrinin sayı artırılacaq və vəzifələri genişləndiriləcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az