Avropa İttifaqı Malidəki Rusiya muzdlularına qarşı sanksiya qərarını verdi
2021-12-14 13:08:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Avropa İttifaqı Rusiyanın “Vaqner” özəl hərbi şirkətinə qarşı sanksiya qərarı daxilində Mali dövlətində sabitliyi təhdid edən şəxslərə və təşkilatlara Aİ-nin xüsusi sanksiya proqramını tətbiq edəcək dəyişikliyi qəbul elədiyini bəyan edib.
Maliyə və “Vaqner” özəl hərbi şirkətinə qarşı sanksiyaların əsas təşəbbüskarı Fransa dövlətidir. Payızın əvvəlindən bəri Paris Malidəki mövqelərini itirməsindən dərindən narahat olduğunu bildirir. Fransanın Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyi dəfələrlə Malidə “Vaqner” muzdlularının yerləşdirilməsini tənqid ediblər və onun fəaliyyətinin Fransanın hərbi varlığı ilə bir arada olmasının qeyri-mümkün olduğunu bildiriblər.
Hürr Tərcüman