Avropa İttifaqı Monitorinq Missiyası Ermənistanda yeni baza açdı
2023-09-12 15:24:37
Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası İcevanda yeni operativ bazasını açıb. Bu barədə missiyanın “İks” (X – keçmiş “Tvitter”) sosial şəbəkəsindəki açıqlamasında məlumat verilib.
Açılış mərasimində missiyanın başçısı Markus Ritter, Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Maraqos, Ermənistanın Müdafiə nazirinin müavini Karen Sarkisyan və Tavuş vilayətinin valisi Ayk Qalumyan iştirak ediblər.
Hürr Tərcüman