📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa İttifaqı rəsmiləri İrəvanda toplandı

2023-08-18 10:55:00

Avropa İttifaqı rəsmiləri İrəvanda toplandı

Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritter, İttifaqın Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Toivo Klaar, Aİ-nin Ermənistandakı diplomatik nümayəndəsi Andrea Viktorin və EEAS-ın təmsilçisi İrəvanda görüş keçiriblər. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı missiyasının X platformasındakı rəsmi səhifəsində paylaşım edilib. 

"Onlar regional hadisələr və Aİ-nin bölgədəki sülh prosesini dəstəkləmə səyləri haqqında fikir və informasiya mübadiləsi aparıblar", - deyə qeyd olunub.