Avropa İttifaqı Rusiyanı təhdid etdi
2021-12-17 17:09:00
Hurriyyet.az xəbər verir ki, Ukrayna sərhədinə hərbçi və silah-sursat toplayan Rusiyaya daha bir təhdidsayağı xəbərdarlığı Avropa İttifaqı edib. Birliyin adından verilən birgə bəyanatda Ukraynaya qarşı hərbi həmlə edəcəyi təqdirdə, Rusiyanın bunun ağır nəticələri ilə qarşılaşacağı bildirilir. İttifaq Rusiyaya qarşı ağır nəticələri olacaq sanksiyalar tətbiq edəcəyini bəyan edib.
Açıqlama Aİ Komissiyasının başçısı Ursula von der Leyen, Aİ Şurasının Prezidenti Şarl Mişel və Avropa İttifaqının hazırda Avropa İttifaqına sədrlik edən Sloveniyanın Baş naziri Yanez Yanşanın iştirakı ilə keçirilən Aİ Liderləri Sammitindən sonra, birgə mətbuat konfransında verilib.
Hürr Tərcüman