📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa İttifaqı separatçı Peqovu sanksiya siyahısına saldı – ayağı dəyməyəcək

2023-06-23 16:30:00

Avropa İttifaqı separatçı Peqovu sanksiya siyahısına saldı – ayağı dəyməyəcək

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqının Ukrayna ilə müharibə edən Rusiyaya qarşı 11-ci sanksiyalar paketində hərbi təbliğatçılar Semyon Peqov, Yevgeni Poddubnı, Aleksandr Sladkov və Mixail Zvinçuka qarşı məhdudiyyətlər qoyulması nəzərdə tutulub. Bu barədə məlumat Avropa İttifaqının rəsmi jurnalında dərc edilmiş sənəddə verilib.

Jurnalistlər Mixail Leontyev, Olqa Belova, Vitor Sineok və Andrey Kondraşov da sanksiya siyahısına salınıblar.

Onların Avropa İttifaqı ölkələrinə gedişi qadağan edilib. Əgər Avropa İttifaqında vəsaitləri varsa, dondurulacaq.

Xatırladaq ki, Semyon Peqov II Qarabağ Müharibəsində Azərbaycana qarşı aparılan qərəzli informasiya müharibəsinin əsas ruporlarından biri olub.

Faktla bağlı 2020-ci ildə noyabrında  Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hürr Tərcüman