📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa İttifaqı Serbiya ilə Kosovanı dialoqa dəvət edib

2021-09-29 16:36:00

Avropa İttifaqı Serbiya ilə Kosovanı dialoqa dəvət edib

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı Serbiya ilə Kosova arasında sərhəd keçidi ilə bağlı böhranın həlli üçün növbəti dəfə dialoq çağırışı edib. Avropa İttifaqı Komissiyasının başçısı Ursula Von der Leyen problemin yeganə həll yolunun əməkdaşlıq olduğunu vurğulayıb. Leyen sosial mediadakı açıqlamasında Avropa İttifaqının vasitəçiliyi ilə Belqrad-Priştina Dialoqunun mövcud vəziyyətin yaxşılaşdırılması üçün yeganə platforma olduğunu bildirib: “Daimi həll yolunu tapmaq üçün dialoq mühümdür. Həllin yeganə yolu əməkdaşlıqdır”.

Avropa İttifaqının Belgrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak da bu gün Serbiya və Kosova təmsilçiləri ilə ayrı-ayrı görüşlər keçirib. Danışıqların davam elədiyi bildirilir.