Avropa İttifaqı Türkiyədən Rusiya ilə ticarətin artmasına görə izahat tələb etdi
2022-08-17 10:58:00
Avropa İttifaqı ölkələri Türkiyədən Rusiya Federasiyası ilə ticarət dövriyyəsinin artması ilə bağlı izahat istəyib. Bu barədə "Financial Times" yazır.
“Rusiya ilə Türkiyə arasında qarşılıqlı ticarətin artmasından narahat olan bəzi Avropa İttifaqı ölkələri Ankaradan Moskva ilə münasibətləri ilə bağlı əlavə məlumat istəyib”, deyə qəzet bir sıra Qərb mənbələrinə istinadən yazıb.
Ülviyyə, Hurriyyet.az