📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa İttifaqı Ukraynaya hərbi yardım paketinin hazırlanmasını dayandırır

2025-03-04 15:15:17

Avropa İttifaqı Ukraynaya hərbi yardım paketinin hazırlanmasını dayandırır

Avropa İttifaqı Ukraynaya hərbi yardım paketinin hazırlanmasını dayandırır

Avropa İttifaqı (Aİ) Macarıstana görə Ukraynaya 20 milyard avroluq yeni hərbi yardım paketinin hazırlanmasını dayandırır.

Bu barədə “Politico” nəşri Aİ Şurasının sənəd layihəsinə istinadən yazıb.

Hərbi yardımın göstərilməsi təşəbbüsü əvvəlcə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas tərəfindən səsləndirilib. Lakin Macarıstanı bu tənzimləmə qane etməyib.

Məqalədə qeyd olunub ki, bütün Aİ ölkələrinə baxılmaq üçün təqdim olunan sənəddə artıq Ukraynaya yeni hərbi yardım tədarükü ilə bağlı bənd yoxdur.

Qyd edək ki, Macarıstan Aİ-nin Ukraynaya təhlükəsizlik zəmanətləri və yeni hərbi yardımla bağlı sənəd layihəsini bloklayıb. (AzPost )