Avropa İttifaqı Ukraynaya nəyi vəd elədi?
2023-02-02 18:00:00
Hurriyyet.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukraynanın Avropa İttifaqının üzvü olacağını söyləyib. O, bu açıqlamanı 2 fevral tarixində Avrokomissiya ilə Ukrayna hökumətinin Kiyevdə keçirilən birgə iclası zamanı verib.
Onun fikrincə, Ukraynanın irəliləməsi təkcə bu dövlətin özünə yox, həm də Avropa İttifaqına faydalıdır: “Ukraynanın namizəd olduğu gün – həm Ukrayna, həm də Aİ üçün yeni başlanğıc oldu”.
Hürr Tərcüman