📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa İttifaqı “Vaqner”ə qarşı sanksiyalar hazırlayır

2021-12-11 16:29:00

Avropa İttifaqı “Vaqner”ə qarşı sanksiyalar hazırlayır

Hurriyyet.az TRT Haber agentliyinə istinadən xəbər verir ki, 16 dekabr tarixində keçiriləcək Aİ Liderləri Sammitindən bir neçə gün əvvəl – 13 dekabr tarixində Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Belçikanın paytaxtı Brüssel şəhərində toplaşacaqlar.

Dekabrın 13-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Rusiyanın Ukrayna sərhədi yaxınlığındakı hərbi fəaliyyətinin nəticələrini, Belarusdakı vəziyyəti, Əfqanıstan və bu ölkədəki vəziyyətlə əlaqədar Orta Asiya ölkələri ilə münasibətləri, Aİ-Afrika münasibətlərini, Efiopiya və Venesuela ilə münasibətləri müzakirə edəcəklər.

Aİ Xarici İşlər Nazirlərinin İclasında Rusiyanın “Vaqner” özəl hərbi şirlətinə və bu şirkətin fəaliyyət göstərdiyi ölkələrdən olan Maliyə qarşı sanksiya qərarının verilməsi gözlənilir.

 

Hürr Tərcüman