Avropa İttifaqı və Gürcüstan: Brüssel hansı tələbləri irəli sürür?
Avropa Şurasının oktyabrın 17-18-də baş tutacaq qarşıdakı iclasında Gürcüstanın Avropaya inteqrasiyası müzakirə olunacaq. Sənəd layihəsinə əsasən, Tbilisinin Aİ-yə daxil olmaq perspektivləri təhlükə altındadır.
Xüsusilə, Brüssel “demokratik islahatların” olmamasından narahatdır və qeyd edir ki, hazırkı kursun davam etdirilməsi faktiki olaraq Gürcüstanın Aİ-yə doğru hərəkətini əngəlləyir. Brüssel Tbilisini hərtərəfli və davamlı islahatlar həyata keçirməyə çağırır, demokratiya prinsiplərinə, qanunun aliliyinə və insan hüquqlarının müdafiəsinə hörmətlə yanaşmağın zəruriliyini vurğulayır. Bəzi ekspertlər qeyd edir ki, Aİ-nin Gürcüstana bu çağırışına qarşılıq islahatlar aparılmasa, Avropaya inteqrasiyanın dondurula biləcəyinə işarədir.
Xüsusilə Qafqaz regionunda dəyişən geosiyasi vəziyyəti və Gürcüstanda keçiriləcək parlament seçkilərini nəzərə alsaq, Aİ-nin Tbilisiyə təzyiqinin artacağını gözləmək olar.
Ülviyyə, Hurriyyet.az