📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Avropa İttifaqı və NATO ölkələri gec-tez Rusiyanın hazırkı qərarlarını dəstəkləyəcəklər” - Peskov

2022-03-05 16:41:00

“Avropa İttifaqı və NATO ölkələri gec-tez Rusiyanın hazırkı qərarlarını dəstəkləyəcəklər” - Peskov

"NATO Ukrayna ətrafındakı vəziyyətdə birbaşa iştirakının mümkünsüzlüyünü başa düşür".

Pravda.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Kreml Volodimir Zelenskinin NATO-nun Ukrayna səmasının bağlamamasını tənqid etdiyi bəyanatı ilə tanışdır. Moskva ümid edir ki, Avropa İttifaqı və NATO ölkələri gec-tez Rusiyanın hazırkı qərarlarını dəstəkləyəcəklər. Aİ və NATO ölkələri indi həddindən artıq emosionaldırlar" - Peskov əlavə edib.

Pravda.az