📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Avropa İttifaqında Rusiya ilə münaqişə istəyən bir lider yoxdur"

2022-02-01 22:24:00

Bu gün Moskvaya gələn Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. O, Putinlə görüşdən sonra bəyan edib ki, Avropa İttifaqında Rusiya ilə münaqişənin olmasını istəyən bir lider yoxdur.

Macarıstan baş nazirinin sözlərinə görə, mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, Putinlə təmas son illərin ən vacib görüşüdür.

O, Rusiya səfərini sülhməramlı missiya kimi qiymətləndirib. \\AzVision.az