📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa İttifaqından HƏMAS-a qarşı sanksiyalar

2024-01-16 18:06:03

Avropa İttifaqından HƏMAS-a qarşı sanksiyalar

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı HƏMAS təşkilatının siyasi liderinə qarşı sanksiyalar qəbul edib. Fələstinin HƏMAS hərəkatının Qəzza bölgəsindəki lideri Yəhya Sinvarın adı Aİ-nin sanksiya siyahısına salınıb. Bu barədə məlumatı Avropa Şurasının bəyanatında əks olunub. Sənəddə deyilir: "Bu gün Şura terrorçular siyahısına daha bir şəxsi əlavə eləməyi qərara alıb. Bu şəxs HƏMAS-ın siyasi lideri Yəhya Sinvardır. Sanksiyalar bu gündən qüvvəyə minir".
Aİ-nin sanksiyalar siyahısına salınan şəxslərin vəsaitləri dondurulur, onlara qarşı məhdudiyyətlər tətbiq edilir.
Hürr Tərcüman