Avropa İttifaqından Rusiya ilə bağlı SƏRT QƏRAR - İyulun 31-nə qədər...
2022-01-13 23:26:00
Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 6 ayadək uzadıb.
Aİ-nin bəyanatında sanksitaların iyulun 31-dək uzadıldığı bildirilib.
“Bu gün Aİ Şurası Rusiya iqtisadiyyatının bəzi sektorlarında qüvvədə olan məhdudlaşdırıcı tədbirlərin altı ay müddətinə, yəni 2022-ci il iyulun 31-dək uzadılması barədə qərar qəbul edib”, bəyanatda qeyd edilib. \\Bizim.Media