Avropa İttifaqından Rusiyaya REKORD ZƏRBƏ: 22-ci sanksiya paketi razılaşdırıldı
Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri (səfirlər) Rusiyaya qarşı 22-ci sanksiyalar paketini prinsiplərdə razılaşdırıblar.
Hurriyyet.net xəbər verir ki, bu barədə Avropa diplomatik korpusundakı mənbələrə istinadən beynəlxalq KİV məlumat yayıb.
Məlumata görə, yeni məhdudiyyətlər paketi əsasən Rusiyanın hərbi-sənaye kompleksi və müdafiə sektoru ilə birbaşa əlaqəli olan 1500-dən çox fiziki və hüquqi şəxsi əhatə edir. Bu addım Aİ-nin Rusiya subyektlərinə qarşı mövcud qara siyahısını təxminən 50 faiz genişləndirmiş olacaq.
Məhdudiyyətlər siyahısına salınan şəxslərin Avropa İttifaqı ərazisinə daxil olmasına qadağa qoyulur, aktivləri və dondurulmuş hesabları isə bloklanır.
Yeni sanksiyalar paketinin həftənin sonunadək Aİ Şurası tərəfindən rəsmən təsdiqlənməsi və Avropa İttifaqının Rəsmi Jurnalında dərc olunduqdan sonra dərhal qüvvəyə minməsi gözlənilir.