Avropa İttifaqından Rusiyaya xəbərdarlıq
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Avropa İttifaqı Rusiya rəhbərliyinin Avropa İttifaqından və Aİ üzvü ölkələrdən olan bəzi vəzifə sahiblərinə Rusiyaya daxil olmağı qadağan etmək qərarına qarşı cavab addımı atacaqlarını bildirib.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin ofisindən verilən açıqlamada Rusiyanın Aİ təşkilatlarının və üzv ölkələrindən olan bəzi şəxslərə qarşı səfər məhdudiyyəti qoyduğunu bildirib. Qərarın qanuni əsasının olmadığı bildirilən açıqlamada deyilir: “Avropa İttifaqı Rusiya rəhbərliyinin bu qərarından məyus olub. Bu qərarın müvafiq cavabı olacaq. Rusiya bu qərarı ilə gərginliyin azaldılmasına çalışmaq əvəzinə, Avropada gərginlik iqlimini körükləməkdədir”.
Hürr Tərcüman