"Avropa ittifaqını müdafiə ittifaqına çevirməyi planlaşdırıram"
Hurriyyet.az xəbər verir ki, Ursula fon der Lyayen Avropa İttifaqını müdafiə ittifaqına çevrilmək niyyətində olduğunu bəyan edib.
Avropa Komissyasının başçısı Ursula fon der Lyayen "istənilən çağırışlara hazır güclü Avropa" qurmaq üçün Avropa deputatlarını onu yenidən həmin vəzifəyə seçməyə çağırıb.
Bu barədə onun Avrokomissiyaya təqdim edilən proqramında məlumat verilib.
Sənəddə deyilir: "Qarşıdakı beş ildə fəaliyyətimizin hədəfi Avropa müdafiə ittifaqı qurmaq olacaq". Lyayen əlavə edib ki, Aİ üzvü olan ölkələr həm müdafiə doktrinaları, həm də dislokasiya məsələlərində öz hərbçiləri üçün məsuliyyət daşımağa davam edəcəklər. "Lakin hərbi-sənaye bazasının möhkəmləndirilməsi, innovasiyaların və vahid bazarın inkişafı üçü səyləri dəstəkləmək və koordinasiya etmək istiqamətində Avropanın edə biləcəyi çox şey var".
Lyayen Avropa müdafiə fondunu yaradacağını vəd edib: "Biz Avropa müdafiə fondunu yaradacaq, dənizdə, quruda, havada, kosmosda və kibertəhlükəsizlik sahələrində müasir müdafiə texnologiyalarına sərmayə qoyacağıq".
Hürr Tərcüman