📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa İttifaqını vahid dövlətə çevirmək təklifi - "Avropa Federasiyası, yaxud da Avropa Birləşmiş Ştatları"

2023-07-18 10:41:00

Avropa İttifaqını vahid dövlətə çevirmək təklifi -

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Çexiyanın Avropa İşləri naziri Martin Dvorjak Avropa İttifaqının yalnız federasiyaya çevriləcəyi zaman qlobal formatda tamhüquqlu oyunçu ola biləcəyini söyləyib.

Bu sözləri o, “Euractiv” nəşrinə müsahibəsində söyləyib: “Avropa İttifaqının rolu daima artmaqdadır. Lakin, o, əhalisinin sayına və iqtisadi qüdrətinə nəzərən təsəvvür edilən qədər güclü deyil... Məncə yalnız Avropa Federasiyası, yaxud da Avropa Birləşmiş Ştatları olduğu zaman Avropa elə bir vəziyyətə gələr ki, biz Çin, Amerika, Rusiya və ya Hindistan ilə oyunda həqiqətən də bərabər tərəfdaş ola bilərik”.

Dvorjak 2023-cü ilin may ayında Avropa İşləri naziri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, sosial araşdırmalara görə, Avropa İttifaqının vətəndaşlarının 80%-i Avropa İttifaqı ölkələrinin təhlükəsizlik və müdafiə sahələrində daha çox əməkdaşlıq etməli olduqlarını hesab edirlər.

Hürr Tərcüman