📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Avropa İttifaqının Ermənistandakı missiyası işə başlayacaq” – Borrel

2022-10-18 10:19:00

“Avropa İttifaqının Ermənistandakı missiyası işə başlayacaq” – Borrel

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Avropa İttifaqının Ermənistandakı missiyası yaxın zamanda işə başlayacaq.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borrelin açıqlamasına görə, Avropa İttifaqının mülki missiyası artıq Ermənistandadır. O, bildirib ki, yaxın zamanda Avropa İttifaqının missiyası respublika ərazisində öz fəaliyyətinə başlayacaqdır.

Cozef Borrelin açıqlamasına görə, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının rəhbəri Şarl Mişelin Praqadakı 7 oktyabr tarixli görüşündən sonra verilmiş bəyanatda missiyanın yerləşdirilməsi məsələsi əks olunub.

Hürr Tərcüman