📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Avropa İttifaqının vahid ordusu və bir prezidenti olmalıdır”

2024-01-07 15:14:10

“Avropa İttifaqının vahid ordusu və bir prezidenti olmalıdır”

Hurriyyet.az “Röyters” agentliyinə istinadla xəbər verir ki, İtaliyanın xarici işlər naziri Amtonio Tayani “La Stampa” nəşrinə müsahibəsində Avropa İttifaqında vahid prezident və vahid ordu olması təklifi ilə çıxış edib.

Nazir başçılıq elədiyi “İrəli, İtaliya” partiyasının Avropada müdafiə sahəsində daha sıx əməkdaşlığı prioritet seçdiyini bildirib.

Tayani deyib:  “Əgər biz dünyada sülhməramlılar olmaq istəyiriksə, bizə Avropa ordusu lazımdır. Bu, effektli Avropa siyasəti yürütmək üçün təməl addımdır”. Nazir Avropa İttifaqının öz rəhbərliyində islahat aparmalı və indiki strukturu vahid prezidentlə əvəz etməli olduğunu bəyan edib.

Xəbər verdiyimiz kimi, Avropa Şurasının prezidenti şarl Mişel iyun ayında keçiriləcək Avropa Parlamenti seçkilərində öz namizədliyini irəli sürəcəyini və ardından vəzifəsini tərk edəcəyini bildirib. Belə bir hal baş versə və Aİ liderləri Mişelin xələfinin kim olacağını tez bir zamanda razılaşdıra bilməsələr, Avropa Şurasına səfrlik müvəqqəti olaraq Macarıstanın baş naziri Viktor Orbana keçəcək. Çünki 2024-cü ilin iyul ayından dekabr ayına qədər Avropa İttifaqının Şurasına sədrlik vəzifəsi Macarıstan dövlətinə veriləcək.

Hürr Tərcümana