📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa Komissiyası ukraynalı qaçqınlara 3,4 milyard dollar ayırdı

2022-03-25 15:02:00

Avropa Komissiyası ukraynalı qaçqınlara 3,4 milyard dollar ayırdı

Avropa İttifaqı azadlıq, demokratiya uğrunda Rusiyanın təcavüzünə qarşı mübarizə aparan Ukrayna xalqı ilə dərin həmrəylik nümayiş etdirir və bununla bağlı Avropa Komissiyası artıq bu müharibədən qaçan insanlara yardım üçün 3,4 milyard avro ayırıb. Bu cür yardımlar artmağa davam edəcək.
"Ukrinform"un müxbiri xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidenti Co Baydenlə birgə mətbuat konfransında deyib.
“İndi 3,5 milyondan çox insan Ukraynanı tərk edib. Onların yarısı uşaqlardır. Hər ikinci qaçqın uşaqdır. Və bu rəqəm artacaq. Biz birlikdə həm Ukraynada, həm də qonşu ölkələrdə münaqişə nəticəsində köçkünlərə dəstək olmaq üçün böyük resursları səfərbər etmişik. Bu həftə mən elan etdim ki, Avropa İttifaqı bu məqsədlə əlavə 3,4 milyard avro ayıracaq və bu daha da artacaq. Bu, bizim Ukraynaya və onun vətəndaşlarına dərin dəstəyimizi nümayiş etdirir”, deyə Avropa Komissiyasının sədri vurğulayıb.

Ülviyyə, Hurriyyet.az