📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa Komissyasının başçısı Pekindədir

2023-04-06 13:20:00

Avropa Komissyasının başçısı Pekindədir

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Pekində Çin Xalq respublikasının Dövlət Şurasının başçısı Li Çyan ilə görüşü zamanı  Avropa İttifaqı ilə Çinin münasibətlərinin mürəkkəb olduğunu qeyd edib. Lyayen uzunmüddətli ümumi tarixə və qarşılıqlı asılılığa görə, Çinin Avropa üçün böyük əhəmiyyətə malik olduğunu, hazırda mürəkkəbləşən münasibətlərin müzakirəsinin vacib olduğunu söyləyib.

Aprelin 6-da Çin Xalq Respublikasında dəfərdə olan xanım Lyayeninin Pekindəki çıxışını Avropa Komissayasının mətbuat xidməti dərc edib. Brüsseldə dərc edilən açıqlamada deyilir: “Avropa da, Çin qarşılıqlı münasibətlərdən böyük fayda əldə ediblər. Lakin son illər ərzində Aİ ilə Çin arasındakı münasibətlət mürəkkəbləşib. Bu gün bizim birlikdə bu münasibətlərin bütün tərəflərini müzakirə eləməyimiz vacibdir. Belə bir müzakirə həm Avropa İttifaqına, həm də Çinə mürəkkəb və qeyri-sabit geosiyasi mühitdə istiqamətlənməyə kömək edəcəkdir.”.

Fon der Lyayen Pekinə səfər ərəfəsində Brüsseldəki hesabat çıxışında ÇXR-in Ukraynadakı vəziyyətlə bağlı mövqeyinin, tərəflərin münasibətinin inkişafını müəyyənləşdirəcəyini demişdi: “Açıq danışaq, Çinin Rusiyanın Ukraynadakı fəaliyyətinə münasibəti Avropa İttifaqı ilə Çin arasındakı gələcək münasibətlərdə həlledici faktor olacaqdır”.

Lyayen deyib: “Çin ilə açıq kommunikasiya və diplomatik sabitliyi təmin eləmək zəruridir. Hesab edirəm ki, Çindən uzaqlaşmaq qəbuledilməzdir, bu Avropanın maraqlarına daxil deyil”.

Qeyd edək ki, Ukraynanın lehinəkampaniya aparmaq məqsədi ilə Ursula fon der Lyayen Fransa Prezidenti Emmanuel Makronla birlikdə aprelin 6-da Çinə səfər edib.

Hürr Tərcüman