Avropa liderləri Putinlə danışdı
2026-10-27 16:39:27
Finlandiya Prezidenti Aleksander Stubb və Norveçin Baş naziri Yunas Qar Störe ilə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı baş tutub.
Hurriyyet.net TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya prezident administrasiyası məlumat yayıb.
“Müzakirələr birbaşa və mahiyyət üzrə olub. Biz Rusiyanın qonşularıyıq. Münaqişənin necə bitəcəyi Finlandiyanın və Norveçin, daha geniş mənada isə bütün Avropa İttifaqının təhlükəsizliyinə təsir edəcək. Müharibəni dayandırmaq üçün birbaşa danışıqlar lazımdır”, - Stubb telefon danışığı barədə qeyd edib.