📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa Liqası: “Neftçi” revanş oyununa çıxacaq

2021-08-12 10:37:00

Avropa Liqası: “Neftçi” revanş oyununa çıxacaq

Bugün qitənin ən nüfuzlu ikinci klub turnirində 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmaları baş tutacaq. Ölkə təmsilçisi “Neftçi” ilk matçda 2:2 bərabərə qaldığı HİK-lə həlledici görüşdə üz-üzə gələcək.

Axar.az xəbər verir ki, matçı türk əsilli Dəniz Aytəkinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, HİK - “Neftçi” matçı bugün Bakı vaxtı ilə saat 20:00-da Helsinkidəki “Bolt Arena” stadionunda keçiriləcək.