📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa Liqası: “Neftçi”nin start heyəti açıqlandı

2021-08-12 19:12:00

Avropa Liqası: “Neftçi”nin start heyəti açıqlandı

Bu gün qitənin ən nüfuzlu ikinci klub turnirində 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmaları baş tutacaq. Ölkə təmsilçisi “Neftçi” ilk matçda 2:2 bərabərə qaldığı HİK-lə həlledici görüşdə üz-üzə gələcək.

Matçı türk əsilli Dəniz Aytəkinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

***

Finlandiyada UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək HİK (Helsinki) və "Neftçi" klublarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq...

HİK: 12. Yakob Tonnander, 3. Yanne Saksela, 5. Deniel O Şonessi, 6. Jair, 10. Lukas Linqman, 11. Roope Riski, 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 24. Devid Braun, 27. Filip Valençiç

Ehtiyat oyunçular: 31. Hüqo Keto, 79. Matias Niemela, 9. Riku Riski, 14. Sebastyan Dalström, 20. Tim Sparv, 22. Kevin-Kuassivi Benisson, 29. Entoni Olusanya, 47. Matti Peltola

Baş məşqçi: Toni Koskela

"Neftçi": 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Soareş, 14. Romen Bask, 22. Mirabdulla Abbasov, 24. Yusuf Laval, 29. Samir Buqrin, 36. Mamadu Kane

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı,26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov

Qeyd edək ki, bu gün "Bolt Arena"da keçiriləcək HİK-"Neftçi" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk görüşdə qalib müəyyənləşməyib - 2:2. \\Axar