📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa Liqası: “Qarabağ” 1/8 final mərhələsində rəqibi BİLİNDİ

2024-02-23 15:34:55

Avropa Liqası: “Qarabağ” 1/8 final mərhələsində rəqibi BİLİNDİ

Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. 

Hurriyyet.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində baş tutub. 

Püşkatma zamanı Ağdamın “Qarabağ” klubunun da rəqibi müəyyənləşib. 

Belə ki, ağdamlılar bu mərhələdə “Bayer” (Almaniya) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, “köhlən atlar” ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını martın 14-də səfərdə keçirəcək.

oxu.az