📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa Liqasında mövsümün rekordu "Qarabağ"dan gəldi!

2023-12-14 22:56:33

Avropa Liqasında mövsümün rekordu

UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda "Qarabağ" "Hekken"ə qarşı oyunda erkən qola imza atıb. 

Hurriyyet.Az Offsideplus.az-a istinadla xəbər verir ki, 42-ci saniyədə Leandro Andradenin vurduğu qol mövsümün rekordu olub. Cari mövsüm heç bir komanda bundan daha erkən qol vurmağı bacarmayıb. 

Qolun videosunu təqdim edirik: