📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa missiyası 2021-ci ildə azad edilmiş Qaragölü müşahidə edib

2024-05-30 13:15:18

Avropa missiyası 2021-ci ildə azad edilmiş Qaragölü  müşahidə edib

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqının Ermənistandakı Mülki Missiyasının (EUMA) müşahidəçiləri növbəti dəfə Azərbaycanla Ermənistan sərhədinə baş çəkiblər.
Müşahidəçilər 2021-ci ildə Azərbaycanın nəzarətinə qayıtmış Qaragöl ətrafında olublar. 
Bu barədə missiyanın X səhifəsində məlumat verilib.
Məlumatda deyilir: "Missiyanın başçısı Markus Riter dünən Gorusda EUMA əməkdaşları ilə görüşüb. Komanda Azərbaycanla Ermənistan sərhədində yerləşən Sev gölünə (Qaragöl - red.) də səfər edib".
İndiyə qədər EUMA-nın 2300 dəfədən artıq patrul gəzintisinə çıxdığı qeyd edilir.


Hürr Tərcüman

Image