📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa ölkələrindən Ukraynaya qarşı qadağanlar

2023-09-16 10:54:59

Avropa ölkələrindən Ukraynaya qarşı qadağanlar

Hurriyyet.az xəbər verir ki, Polşanın ardınca Macarıstanla Slovakiya da Ukrayna taxılının və bir sıra digər kənd təsərrüfatı məhsullarının idxalını qadağan ediblər. Bu barədə Məlumatı “Blumberq” agentliyi verib.

Agentliyin xəbərində deyilir: “Baş nazir Viktor Orbanın cümə günü imzaladığı qərara əsasən, Ukraynadan 24 adda ərzaq məhsulunun, o cümlədən, şərabın, mal ətinin, qarğıdakının, günəbaxan tumunun və arpanın idxalı qadağan edilir”. İndiyə qədər qüvvədə olan məhduiyyətlərin yalnız 4 məhsula aid olduğu qeyd edilir.

Slovakiya da 2023-cü ilin sonuna qədər Ukrayna taxılının idxalını qadağan edib.

Avropa İttifaqının cümə günü verdiyi açıqlamada Ukrayna taxılının və digər ərzaq məhsullarının Aİ ölkələrinə ixracına qoyulan məhdudiyyətlərin ləğv olunduğu bəyan edilmişdi.

Hürr Tərcüman.