📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa ölkəsindən GÖZLƏNİLMƏZ QƏRAR: Putinin şərtini qəbul etdi

2022-04-04 15:37:00

Avropa ölkəsindən GÖZLƏNİLMƏZ QƏRAR: Putinin şərtini qəbul etdi

Slovakiya Rusiyadan idxal etdiyi təbii qazın ödənişini rubl ilə etməyi qəbul edib.

Bu barədə Slovakiyanın İqtisadiyyat Nazirliyindən açıqlama verilib. Bildirilib ki, Slovakiya ehtiyac duyduğu təbii qazın 85 faizini Rusiyadan idxal edir. Ona görə də, Rusiyanın şərtlərinə praqmatik yanaşılacaq.

Qeyd edək ki, Prezident Vladimir Putin Rusiyaya “dost olmayan” ölkələrin idxal etdiyi təbii qazın ödənişini rubl ilə etməsi barədə qərar qəbul edib. İndiyə qədər ödəniş avro və dollarla edilirdi.