📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa ölkəsindən XƏBƏRDARLIQ: “Bir az da yoxsullaşacağıq, pullarınızdan...”

2022-04-02 16:30:00

Avropa ölkəsindən XƏBƏRDARLIQ: “Bir az da yoxsullaşacağıq, pullarınızdan...”

“Gələcəkdə ölkədə hər kəs bir az da yoxsullaşacaq”.

Hurriyyet.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Hollandiyanın baş naziri Mark Rutte deyib.

Baş nazir mart ayında inflyasiya rəqəminin 11,9 faizə yüksəlməsinin narahatlıq doğurduğunu deyib:

“Çox yüksək inflyasiya ilə qarşı-qarşıyayıq. Təbii ki, bu, bir çox insana təsir edir. Gələcəkdə hamımız daha da yoxsullaşacağıq. Bu, həqiqətən də olacaq. Biz bu barədə aydın olmalıyıq”.

Rutte Rusiya-Ukrayna müharibəsinin enerji qiymətlərinə təsirini bu il hər kəsin ciddi şəkildə hiss edəcəyini vurğulayıb:

“İnflyasiya o qədər dəhşətli dərəcədə yüksəkdir və enerji qiymətləri o qədər sürətlə yüksəlir ki, Hollandiyaya ən səmimi mesajım hökumətin bunların hamısını həll edə bilməyəcəyidir. Biz bunun təsirlərini həqiqətən birlikdə hiss edəcəyik. Hamımız pul kisəmizdən ağıllı şəkildə istifadə etməliyik”.