📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa Parlamenti Rusiyanı “terrorçuluğun sponsoru” adlandırdı

2022-11-23 16:39:00

Avropa Parlamenti Rusiyanı “terrorçuluğun sponsoru” adlandırdı

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa Parlamentinin Strasburq şəhərində keçirilən sessiyada qəbul elədiyi qətnamədə Rusiya “terror metodlarından istifadə edən”, “terrorçuluğun sponsoru olan ölkə” adlanır. Qətnamənin mətni qurumun rəsmi saytında dərc edilib.

Avroparlamentin qətnamələri hüquqi qüvvəyə malik olmasa da, tövsiyə xarakteri daşıyır və Avropa İttifaqının media və siyasət mühitində konkret siyasi mövqeyin bəyan edilməsi və yayılması üçün ondan geniş istifadə edilir.

Hürr Tərcüman