📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa Parlamenti Rusiyanı “terrorçuluğun sponsoru” kimi tanıyacaqmı? – Delfin xanım açıqlama verdi

2022-11-19 13:38:00

Avropa Parlamenti Rusiyanı “terrorçuluğun sponsoru” kimi tanıyacaqmı? – Delfin xanım açıqlama verdi

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Avropa Parlamenti 23 noyabr tarixində keçirəcəyi iclasda Rusiyanın terrorçuluğun sponsoru olan dövlət kimi tanınmasını nəzərdə tutan qətnaməni səsverməyə qoyacaq.

Bu barədə məlumatı Avropa Parlamentinin spikerinin müavini Delfin Kolard jurnalistlərə açıqlamasında verib.

Delfin xanım deyib: “Çərşənbə günü Avropa Parlamentinin üzvləri dinc əhaliyə və mülki hədəflərə hücumlarının gücləndirməsini nəzərə alaraq, Rusiya Federasiyasını terrorçuluğun sponsoru adlandıran qətnamənin lehinə səs verəcək. Üzvlər həmçinin, Rusiyanın beynəlxalq tribunalda məsuliyyətə cəlb edilməsinə çağırış ediblər”.

Avropa Parlamentinin təmsilçisi onu da bildirib ki, 2023-cü ildə Ukraynaya 18 milyard avro həcmində makromaliyyə yardımı edilməsi təklifi də səsə qoyulacaq.

Xatırladaq ki, 13 oktyabr tarixində Avropa Şurasının Parlament Assosiasiyası Rusiya Federasiyasını terrorçu rejim adlandıran qətnaməni yekdilliklə qəbul etmişdi. Beləliklə, AŞPA Rusiyanı terrorçu dövlət kimi tanıyan ilk beynəlxalq təşkilat olub. Polşa Senatı, Çexiya Deputatlar Palatası da Rusiya hakimiyyətini terrorçu rejim hesab edən qərarlar veriblər.

Hürr Tərcüman