📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa Parlamenti Rusiyaya qarşı yeni QƏTNAMƏNİ təsdiqlədi

2023-02-16 21:22:00

Avropa Parlamenti Rusiyaya qarşı yeni QƏTNAMƏNİ təsdiqlədi

Avropa Parlamenti (AP) Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin birinci ildönümü ilə əlaqədar Kremlin hərəkətlərini pisləyən və Ukraynaya bütün lazımi yardımın göstərilməsinə, o cümlədən Qərb qırıcılarının təhvil verilməsi imkanlarına baxmağa çağıran qətnaməni təsdiqləyib.
“Evropeyskaya Pravda”nın məlumatına görə, sənəd fevralın 16-da keçirilən iclasda qəbul edilib.
Məlumata görə, 444 deputat qərarın lehinə, 26 nəfər əleyhinə, 37 nəfər isə bitərəf səs verib.
Qətnamə Aİ ölkələrini Rusiyaya qarşı hazırda hazırlanmaqda olan 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəlməyə və onu əhəmiyyətli dərəcədə genişləndirməyə, həmçinin artıq tətbiq edilmiş sanksiyaların daha effektiv olmasına səy göstərməyə çağırır.
Qətnamənin yekun mətni hələ dərc edilməyib. \\Bizim.Media