Avropa Parlamentinin Prezidenti: “Ukraynanın gələcəyi...”
2023-03-04 14:29:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Avropa Parlamentinin Prezidenti Roberta Metsola martın 3-də Ukraynaya səfər edib, burada Ali radanın başçısı Ruslan Stefançukla görüşüb.
Roberto Metsola “Tvitter” səhifəsində Ukraynanın gələcəkdə Avropa İttifaqının üzvü olacağını yazıb: “Ukraynaya qayıtmaq yaxşıdır. Dünyaya ilham verən bu cəsarətli insanlarla görüşmək xoşdur. Təslim olmayan qəhrəmanlarla. Bizim dəyərlərimiz naminə hər şeyi qurban verən insanlarla. Evi bizim Avropa İttifaqımızda olan avropalılarla”.
Hürr Tərcüman