Avropa Parlamentinin sədri xəstəxanaya YERLƏŞDİRİLDİ
2022-01-10 19:56:00
Avropa Parlamentinin sədri David Sassoli İtaliyada xəstəxanaya yerləşdirilib.
Bu barədə Sassolinin mətbuat katibi Roberto Kuillo məlumat yayıb. O bildirib ki, siyasətçi immunitet sisteminin disfunksiyası nəticəsində yaranan fəsadlar səbəbindən xəstəxanaya yerləşdirilib.
“Sassoli dekabrın 26-da İtaliyadakı tibb müəssisələrindən birinə yerləşdirilib. Bununla əlaqədar olaraq, Avropa Parlamenti sədrinin istənilən rəsmi fəaliyyətinə xitam verilib”, - deyə Kuillo qeyd edib. \\Qafqazinfo